Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin yeni baş məşqçisi bəlli olub

''Neftçi''nin yeni baş məşqçisi bəlli olub

Tarix: 17 Iyun 2022 15:46

"Neftçi" klubunun yeni baş məşqçisi bəlli olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, komanda türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb.

53 yaşlı baş məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və o, paytaxt təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib. Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq.

Təcrübəli mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.

Qeyd edək ki, Ertuğrul Sağlamın son olaraq İranın "Traktor" klubuna başçılıq edib. O, ölkəsində "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişehirspor" və "Yeni Malatyaspor"un da baş məşqçisi olub. Sağlam 2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb.


Etiketlər:  Neftçinin yeni baş məşqçisi bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ