Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 04:03
Yemək zamanı çox tez toxluq hissi mədə xərçənginin əlaməti ola bilər. Bundan başqa iştahsızlıq da xəstəliyin gözlənilməz simptomlarındandır.
Bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) xəbərdarlıq edib.
Onların sözlərinə görə, yenitörəmə həmçinin mədə qıcqırması, turşu reflyuksu, ürəkbulanma, həzmsizlik, yorğunluq və qarın ağrısına səbəb ola bilər.
Mütəxəssislər daha bir həyəcan verici əlamət olaraq mədənin yuxarı hissəsində bir ağırlıq və yeməyi udmaq istəyərkən narahatlığı göstərirlər.
"Simptomlar dəyişirsə, pisləşirsə və ya özünüzü normal hiss etmirsinizsə, ümumi həkim müayinəsindən keçmək vacibdir", - deyə həkimlər vurğulayıblar.
Xərçəng riskini minimuma endirmək mümkündür. Bunun üçün çəkiyə nəzarət etmək, alkoqollu içkilərdən sui-istifadə etməmək, duz, qırmızı və işlənmiş ətin istifadəsini məhdudlaşdırmaq lazımdır.