Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 08:26
Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.
Sonxeber.net teleqraf.com-a istinadla xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.
Mərhum Gəncədə torpağa tapşırılacaq.
Qeyd edək ki, Müzamil İmran oğlu Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1996-ci ildə "Surət Hüseynov olayı"na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.