Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda intiharın qarşısı alındı, polis yaralandı - YENİLƏNİB - FOTO

Bakıda intiharın qarşısı alındı, polis yaralandı - YENİLƏNİB - FOTO

Tarix: 18 Iyun 2022 09:56

09:55

İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstəriib.

Daxili İşlər Nazirliyindənverilən məlumata görə, hadisə yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutmuş və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis əməkdaşı DİN-in hospitalına yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

-------

08:44

Bakının Nəsimi rayonunda intiharın qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Hüseyn Seyidzadə küçəsində binada yaşayan şəxs beşinci mərtbəyə çıxaraq intihara cəhd edir. Hazırda əraziyə Nəsimi Rayon Polis İdarəsinin və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. İntihara cəhd etmək istəyən şəxslə psixoloji söhbətlər aparır.

FHN-in psixoloqları intihar etmək istəyən şəxslə söhbət apararaq onu fikrindən daşındırıblar. Əməliyyatda FHN-in xüsusi riskli xilasetmə qrupu iştirak edib.

Milli.Az


Etiketlər:  Bakıda intiharın qarşısı alındı polis yaralandı YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ