Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 20:36
"Qarabağ bölgəsinin Bakının nəzarətində olmayan hissəsi istənilən halda Azərbaycana qayıdacaq".
Bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov "Moskva-Bakı"ya müsahibəsində deyib.
"Ümumiyyətlə, hesab edirəm ki, Nikol Paşinyan potensial olaraq Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın qalan hissəsinin də tərkibində tanınmasını tanımağa hazırdır.
Eyni zamanda, Ermənistanın baş naziri Qarabağ ermənilərinə geniş muxtariyyətin xüsusi statusunun verilməsinə nail olmaq istərdi. Azərbaycan Prezidenti bu yaxınlarda açıq şəkildə bildirdi ki, geniş muxtariyyət ola bilməz. Bu mövqe ondan irəli gəlir ki, azərbaycanlılar ən mənfi tarixi təcrübəni, ölkə daxilində müəyyən ərazinin xüsusi statusa malik olduğu vaxt yaşayıblar.
Məhz erməni əhalisinin separatçı və millətçi əhval-ruhiyyəsi və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibində xüsusi statusu Dağlıq Qarabağ münaqişəsinə səbəb olmuşdur. Ona görə də Qarabağ ermənilərinə muxtariyyət verilməsi mümkün deyil.
Amma Azərbaycan Prezidenti Ermənistan əhalisinə Azərbaycan vətəndaşlarının bütün hüquqlarını verməyə hazırdır. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda 35 minə yaxın erməni yaşayır. Yəni burada heç bir problem olmamalıdır", - politoloq bildirib.
Markov Qarabağın Bakının müvəqqəti nəzarətində olmayan hissənin də Azərbaycana qaytarılacağını və bu məsələnin həllində Rusiyanın marağının olduğunu qeyd edib.
"Nikol Paşinyan Ermənistan-Azərbaycan nizamlanmasında Rusiyanın deyil, Fransanın və Avropa İttifaqının əsas moderator olmasını istəyir. O zaman o, öz xeyrinə və Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsində lobbiçilik etmək lehinə oynaya bilər ki, bu da sözsüz ki, Azərbaycanla danışıqlar prosesini ləngidər.
Yeri gəlmişkən, üçüncü tərəflərin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yekun bəyanatlarının heç birində "Qarabağın statusu" məsələsi öz əksini tapmayıb.
Qarabağ bölgəsinin hələlik Bakının nəzarətində olmayan hissəsi istənilən halda Azərbaycana qayıdacaq. Bu ərazilər artıq Ermənistanda İkinci Qarabağ müharibəsindən əvvəl oynadıqları rolu oynamır. Regionda reallıq dəyişib. Rusiya da problemi nəhayət həll etməkdə qərarlıdır", - Markov vurğulayıb.