Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 12:38
Hindistan və Banqladeşdə başlayan musson yağışları həyatı iflic edib. Hindistanın Assam əyalətində güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb. Burada yaşayan 2 milyondan çox insanın evləri su altında qalıb. Banqladeşdə isə ildırım vurması nəticəsində 21 nəfər ölüb. Güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində isə daha 4 nəfər həyatını itirib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Asiya qitəsinin ən böyük çaylarından biri olan Brahmaputranın daşması nəticəsində Assamda 3 min kənd və əkin sahələri su altında qalıb.
Qauhatidəki hidrometerologiya mərkəzindən bildirib ki, bazar gününə qədər Assamın müxtəlif bölgələrində orta və güclü şiddətdə yağışlar gözlənilir. Ölkənin bütün əsas çaylarında suyun səviyyəsi yüksəlməkdə davam edir. Mərkəzdən verilən açıqlamada Sunamganc, Sylhet, Lalmonirhat, Kurigram, Nilphamari və Rangpur bölgələrində güclü yağışların fəsadlarının arta biləcəyi qeyd edilib.