Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 19:05
Britni Spirs "Mançester Siti"yə azarkeşlik etməyə başlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ingilis klubuna rəğbəti müğənniyə yeni həyat yoldaşı Sem Əsgəri aşılayıb.
Klubun rəsmisi ifaçını əri ilə birlikdə komandanın stadionuna dəvət edəcəklərini, hətta imkan olarsa baş məşqçi Pep Qvardiola ilə də tanış edəcəklərini bildirib.
O, Britninin idman arenasında çıxışını da istisna etməyib.