Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 23:09
Azərbaycan və Özbəkistanın hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar.
Bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
"Hörmətli jurnalistlər, məhdud tərkibdə və geniş formatda görüşlərdə biz ikitərəfli münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik. Sizə demək istəyirəm ki, biz bütün istiqamətlər üzrə çox səmimi, etimada əsaslanmaqla, çox diqqətlə, obrazlı desək əlimizə qələm götürərək münasibətlərimizi bundan sonra necə irəlilətməli olduğumuzu dedik ki, bu münasibətlər həqiqətən strateji səviyyəyə çatsın və İlham Heydər oğlunun Özbəkistana bugünkü tarixi səfərindən real nəticə əldə edilsin. Fikrimcə, geniş tərkibdə görüşdə də bizim nümayəndə heyətlərinin hər bir üzvünə nə istədiyimiz, necə işləyəcəyimiz barədə ətraflı məlumat verildi və biz razılığa gəldik ki, iki prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar.
Biz hətta razılığa gəldik ki, başlanğıc mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması üçün vəziyyəti yoxlayacaqlar. Biz bunu nə üçün edirik? Ona görə ki, biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq. Bunu nə üçün edirik? İstəyirik ki, real nəticə olsun, iki ölkənin xalqları bunu hiss etsin", - Şavkat Mirziyoyev vurğulayıb.