Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN-in amfibiya təyyarəsi Türkiyədə əməliyyatlara başlayıb - VİDEO

FHN-in amfibiya təyyarəsi Türkiyədə əməliyyatlara başlayıb - VİDEO

Tarix: 24 Iyun 2022 11:16

FHN-dən APA-ya verilən xəbərə görə, bu gündən etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Milli.Az xəbər verir ki, "BE-200ÇS" amfibiya tipli təyyarə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınıb.

"BE-200ÇS" amfibiya tipli təyyarə ötən gün Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.

Milli.Az


Etiketlər:  FHN in amfibiya təyyarəsi Türkiyədə əməliyyatlara başlayıb VİDEO


RƏYLƏR