Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 10:10
"Rusiyanın Qara və Azov dənizində 4 "Kalibr" dəniz qanadlı raket daşıyıcısı var. Bunlar Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçündür".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.
"Volın və Polissya bölgələrində Belarus Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı vəziyyət ciddi dəyişməyib. Bu ölkənin ərazisindən raket silahlarından istifadə təhlükəsi qalmaqdadır Xarkov istiqamətində düşmən əsas səylərini əvvəllər işğal etdiyi mövqelərin saxlanmasına yönəldir. O, Xarkov şəhəri və Vyaliv su anbarı ərazilərində infrastruktur elementlərini artilleriya atəşinə tutub. Donetsk istiqamətində isə düşmənin əsas səyləri işğal olunmuş sərhədlərin qorunub saxlanılmasına və qoşunların yenidən qruplaşdırılmasına yönəlib. Rusiya ordusu əsas səylərin cəmləşdirilməsi istiqamətində qrupun hərəkətlərini asanlaşdırmaq üçün bir sıra istiqamətlərdə məhdudlaşdırıcı tədbirlər həyata keçirir", - məlumatda vurğulanıb.
Bildirilib ki, Cənub Buq istiqamətində Rusiya Silahlı Qüvvələri əsas səylərini işğal olunmuş sərhədlərin qorunmasına yönəldirlər: "Onlar kəşfiyyat aparır, mövqelərin mühəndis-texniki təchizatını təkmilləşdirir, qoşunlarımızın yenidən qruplaşmasının qarşısını almağa çalışırlar. Rusiya ordusunun PUA-lar vasitəsilə havadan kəşfiyyatı davam edir. Ukrayna müdafiəçiləri aktiv döyüş əməliyyatlarının davam etdiyi bütün ərazilərdə qarşı tərəfin itkilər verməsinə nail olurlar. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə partizan hərəkatı güclənir".