Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 16:54
Moskva vilayətinin prokurorluğu uşaq bağçası müəlliminin uşağı vurması ilə bağlı internetdə yayılan videoya əsasən araşdırma aparıb.
Sonxeber.net bildirir ki, departamentin Telegram kanalı bildirir ki, Lobnya şəhərindəki "Raduqa" uşaq bağçasında qadın dörd yaşlı qıza qarşı fiziki güc tətbiq edib.
"Hadisənin baş vermə şəraiti müəyyən ediləcək, həmçinin yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericiliyin tələblərinə əməl olunması qiymətləndiriləcək. Yoxlamanın nəticələrinə görə, əsaslar olduqda, prokurorluq tərəfindən cavab tədbirləri görüləcək", - deyə prokurorluqdan bildirilib.
Uşaq bağçasında fiziki güc tətbiqi ilə baş verən insidentin videosu "Diqqət, Moskva" Telegram kanalında yayımlanıb. Görüntülərdə uşaq bağçası əməkdaşının qızın üzünə necə vurduğu əks olunub. Mənbənin sözlərinə görə, qadın uşağı gəzərkən gül dərdiyi üçün vurub. Kanal bildirir ki, əvvəllər müəlliməyə görə digər valideynlərdən şikayətlər daxil olub.
İrfan Vəliyev