Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 19:03
"Ukrayna ordusu Mozır neft emalı zavoduna hücum etsə, Belarus Kiyevi vuracaq".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O qeyd edib ki, Belarus Ukraynada döyüşmək fikrində deyil.
Ölkə lideri bildirib ki, Ukrayna ordusu Belarus sərhəddini keçərsə və ya Mozır neft emalı zavodunu hədəfə alarsa, ölkə dərhal cavab verəcək:
"Onlar başa düşəcəklər: Mozırı vursalar, biz Ukraynaya girmədən Kiyevi vuracağıq. Bunu başa düşməlidirlər.
Ancaq vurmaq üçün vuracaq bir şeyə sahib olmaq lazımdır. Bizdə var".
Lukaşenka Belarus ordusunun təlim keçəcəyini də bildirib.
Xatırladaq ki, Lukaşenko Belarusun Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmədiyini bildirib .
Bundan əlavə, Belarus hakimiyyəti Qərbi Ukrayna üçün müharibəni istisna etmir.