Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 12:46
Ata qızının hərəkətinə görə, vədinə baxmayaraq, toy xərcini ödəməkdən imtina edib.
Sonxeber.net bildirir ki, o, bu barədə Reddit saytındakı yazısında danışıb.
Yazının 58 yaşlı müəllifi qeyd edib ki, 27 yaşlı qızı payızda toy edəcək və o, əvvəllər onun toy xərcini ödəyəcəyinə söz verib. Lakin arvadını məclisə dəvət etmədiyini biləndə fikrini dəyişib. "15 il əvvəl boşandım və səkkiz il əvvəl yenidən evləndim. Qızım heç vaxt həyat yoldaşımı sevməyib, yaxşı yola getmirlər. Digər iki övladım onu sevir", - deyə yazıb.
Kişi qızından ögey anasını niyə dəvət etmədiyini soruşduqda, o, mərasimdə yalnız "əsl ailə" görmək istədiyini söylədi. Yazı müəllifi əsəbiləşib və belə olan halda toya pul verməyəcəyini bildirib. Bu, qızı və keçmiş həyat yoldaşının mənfi reaksiyasına səbəb olub - qadınlar əsəbiləşib, onunla danışmayıblar.
Adam Reddit cəmiyyətindən hərəkətini qiymətləndirməyi xahiş edib. Yazıya 3000-dən çox şərh gəlib. "Qızınızın toya yalnız istədiyini dəvət etmək hüququ var, sizin isə yalnız istədiyinizi ödəmək hüququnuz var", - deyə bir istifadəçi yazıb. "Bəzən mənə elə gəlir ki, qızlar şıltaq gəlinlərin yazılarını oxumağı, oradan ən iyrənc şeyləri götürməyi və sonra onları həyata keçirməyi xoşlayırlar", - başqası yazdı.
İrfan Vəliyev