Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 15:02
Türkiyədə azərbaycanlı gənc qız dələduzluqda ittiham olunub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə Denizli şəhərində qeydə alınıb. Belə ki, azərbaycanlı 22 yaşlı Ləman Nuriyeva Perihan .Ç adlı qadına zəng edərək özünü prokuror kimi təqdim edib. Daha sonra həmin qadına evindəki qızıl və pulların FƏTO/PYD-yə aid olduğunu deyib və bağlama ilə həmin pulları alıb.
Aldadıldığını başa düşən qadın hüquq-mühafizə orqanlarına xəbər verib.
Polis və prokurorluq əməkdaşları axtarışa verilən azərbaycanlı qızın ağzında qızıl diş olduğunu öyrəniblər. Buna görə, onlar Ləmanı tutmaq üçün keçirdikləri əməliyyata "qızıl diş" adı veriblər.
Axtarışlar nəticəsində gənc qızın bir əyləncə mərkəzində olduğu bilinib. Məhz həmin qızıl dişi sayəsində gənc qız saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam edir.