Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 yaşlı uşaq acından öldü

4 yaşlı uşaq acından öldü

Tarix: 28 Iyun 2022 19:16

Rusiyada Kamçatka diyarının sakini dörd yaşlı oğlunu öldürməkdə ittiham olunur.

Sonxeber.net bildirir ki, bu barədə regional İstintaq Komitəsinin saytında məlumat verilib.

Şöbədən verilən məlumata görə, 35 yaşlı rusiyalı qadının azyaşlı uşağında anadangəlmə bağırsaq xəstəliyi olub və xüsusi qayğıya ehtiyacı varmış, qadın bundan xəbərdar idi. 2021-ci ilin sentyabrından dekabr ayına qədər ana spirtli içkilərdən aşırı dərəcədə istifadə edib və ciddi pəhriz tələb edən oğlunun qidalanmasına fikir verməyi unudub. Nəticədə uşaq aclıqdan ölüb.

İstintaqçılar Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") və 156-cı ("Yetkinlik yaşına çatmayanı böyütmək öhdəliyini yerinə yetirməmə") maddələri ilə iş açıb. İki tibbi ekspertiza müəyyən edib ki, oğlanın ölümünə səbəb qidalanmamaqdan səhhətinin pisləşməsi olub.

İrfan Vəliyev


Etiketlər:  yaşlı uşaq acından öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ