Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yanğında azyaşlı əkiz bacılar öldü, daha 5 yaralı var - YENİLƏNİB

Bakıda yanğında azyaşlı əkiz bacılar öldü, daha 5 yaralı var - YENİLƏNİB

Tarix: 29 Iyun 2022 11:02

11:01

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.

Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

---------

10:00

Bakıda dəhşətli yanğın olub.

Sonxeber.net bildirir ki, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Etiketlər:  Bakıda yanğında azyaşlı əkiz bacılar öldü daha yaralı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ