Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 08:52
Rusiya Silahlı Qüvvələri Ukraynanın Sum vilayətini minaatanlardan, artilleriyadan və helikopterlərdən atəşə tutub. Nəticədə 2 nəfər həlak olub, 8-i yaralanıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Sum hərbi administrasiyası məlumat yayıb.
Bundan əlavə, Rusiya-Ukrayna sərhədində də atışmanın baş verdiyi, bir nəfərin yaralandığı bildirilib.