Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ böyük həcmdə vaksin alır

ABŞ böyük həcmdə vaksin alır

Tarix: 30 Iyun 2022 08:58

ABŞ hökuməti "Pfizer-Biontech" alyansından payızda istifadə üçün koronavirus əleyhinə 105 milyon doza vaksin alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 3,2 milyard dollarlıq müqaviləyə körpələr, uşaqlar və yaşlılar üçün peyvəndlər daxildir. Yeni vaksinlər koronavirusun müxtəlif ştamları, o cümlədən Omikrona qarşı mübarizə üçün nəzərdə tutulub.

Vaksinlər yayın sonunda ölkəyə gətirilməyə başlanacaq. Təchizat 1 ay müddətində başa çatmalıdır. Bundan savayı, müqaviləyə görə Vaşinqton əlavə 300 milyon doza da sifariş verə bilər.

Milli.Az


Etiketlər:  ABŞ böyük həcmdə vaksin alır


RƏYLƏR