Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 00:32
Son vaxtlar insanlar arasında mədə, qarın ağrısı, ishal və qızdırma ilə müşahidə olunan xəstəlik artıb. Həmin bu xəstəlik isə daha çox böyüklər arasında çox yayılıb.
Bəs, bu xəstəliyin səbəbi nədir və niyə istilərin artdığı fəsildə daha çox yayılır.
İnfeksionist Nicat Əzimli bu barədə Lent.az-a açıqlama verib. O bildirib ki, yay fəslində belə xəstəliklər arta bilir:
"Hazırda bu problemlərlə bağlı müraciət edənlərdə fərqli-fərqli simptomlar və səbəblər özünü göstərir. Amma çox hallarda yay aylarında insanlarda bu cür xəstəliklərin olması günəş altında çox qalmaq, isti mühitdə saxlanılan və tez xarab olan qidaları yeməkdən yaranır. Bundan əlavə olaraq da bəzi mədə-bağırsaq infeksiyaları da həmişə olur. Yeni bir şey deyil. Mədə-bağırsaq infeksiyaları vaxtaşırı insanlar arasında dövran edir. Yay aylarında isə bu xəstəliklərdə artım baş verə bilər".