Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 10:16
Ötən ayın 27-də Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a bildirilib ki, Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb. Onun meyiti kanalın Qubanın Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) tapılıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.