Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibsiz itlər xəstəxanadan körpəni oğurlayaraq öldürüblər

Sahibsiz itlər xəstəxanadan körpəni oğurlayaraq öldürüblər

Tarix: 1 Iyul 2022 12:32

Hindistanın Haryana ştatının Panipat şəhərində sahibsiz itlər yeni doğulmuş uşağı xəstəxanadan qaçıraraq öldürüblər.

Sonxeber.net bildirir ki, bu barədə Times Now News portalı məlumat yayıb.

Şabnam adlı hamilə qadın iyunun 25-də xəstəxanaya gətirilib. Həmin gün o, oğlan uşağı dünyaya gətirib, ana və körpə birinci mərtəbədəki ümumi palataya köçürülüb. Qadınla birlikdə əri, qayınanası və bibisi də olub. Gənc anadan başqa bütün ailə üzvləri yerə uzanıb yatıblar. Şabnam körpəni yedizdirib yanına qoyub.

Həmin gecə saat 2:15 radələrində ailə üzvlərindən biri yuxudan oyanaraq uşağın itdiyini görüb. O, digərlərini oyadıb və bütün xəstəxanada oğlanın axtarışı başlanıb. Nəticədə küçəyə qaçan ailə körpəni sahibsiz itlərdən birinin ağzında görüb.

Ailə uşağı itin çənəsindən xilas edərək cəsədini xəstəxanaya çatdıra bilib. Həkimlər uşağın öldüyünü müəyyən ediblər. Xəsarət alan ailə hüquq-mühafizə orqanlarına xəstəxananın təhlükəsiz olmadığını bildirib.

İrfan Vəliyev


Etiketlər:  Sahibsiz itlər xəstəxanadan körpəni oğurlayaraq öldürüblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ