Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəydə məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Gədəbəydə məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Tarix: 1 Iyul 2022 19:46

Gədəbəy rayonu, Sarı Həsənli kənd məktəbi yararsız hala düşüb.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, 2005-ci ildə tikilən məktəbin binasının təməlinə sel suları axır. Nəticədə məktəb binası qəzalı vəziyyətə düşüb.

Kənd sakinləri mövcud vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, övladları bu təhsil ocağında xəstələnirlər.

17 ildir ki, istismar olunan bina bu illər ərzində iki dəfə daxili imkanlar hesabına təmir edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva  "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən məktəbin növbəti tədris ilində təmiri nəzərdə tutulmayıb. Amma təhsil ocağının qəzalı vəziyyəti ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Gədəbəydə məktəb binası qəzalı vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ