Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikada şəhər meri timsahla evləndi - VİDEO

Meksikada şəhər meri timsahla evləndi - VİDEO

Tarix: 2 Iyul 2022 13:16

Meksikanın San-Pedro-Uamelula şəhərinin meri Viktor Uqo Sosa timsahla evlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə iyulun 1-də "The Daily Mail" məlumat yayıb.

Bu ritual kökləri Kolumbdan əvvəlki dövrə gedib çıxan yerli ənənədir. Ritual məhsulun artırılması və çaylarda balıqların sayının çoxaldılması məqsədilə həyata keçirilir.

Mərasim zamanı Sosa ağ paltar geyinmiş yeddi yaşlı "gəlin"lə birlikdə təntənəli şəkildə küçə ilə addımlayıb və onu öpüb. Tədbir musiqi və rəqslərlə müşayiət olunub.

Qeyd edilir ki, heç kəsi dişləməməsi üçün "Balaca Şahzadə" ləqəbli alliqatorun ağzının sarğı ilə bağlanıb.

Milli.Az


Etiketlər:  Meksikada şəhər meri timsahla evləndi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ