Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 08:50
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçirilib.
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportu məğlub edib. Bununla da şahmatçımız xalların sayını 7,5-ə çatdırıb.
Qeyd edək ki, yarışın başa çatmasına bir tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FIDE) iddiaçılar turnirinin qalibi olub.
Teymur Rəcəbov 7,5 xalla üçüncü yeri tutub. Yarışın qalibi 9,5 xalla Yan Nepomnyaşi (FIDE) olub. İkinci yeri isə 8 xalla çinli Liren Dinq tutub.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilib.