Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda iki maşın toqquşub, ölən və xəsarət alan var

Bakıda iki maşın toqquşub, ölən və xəsarət alan var

Tarix: 5 Iyul 2022 08:56

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sərnişin ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh-Maştağa şossesində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədli Rəsul Əli oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yol kənarında dayanan "Mercedes" markalı maşına çırpılıb.
Qəza zamanı sürücü R.Məmmədlinin ayağı sınıb.

Taksi kimi fəaliyyət göstərən "Toyota Prius" avtomobilində müştəri qismində əyləşən sərnişin 1955-ci il təvəllüdlü Zəkiyeva Firuzə Səbzəli qızı hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

Milli.Az


Etiketlər:  Bakıda iki maşın toqquşub ölən xəsarət alan var


RƏYLƏR