Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 13:21
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa - qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.
İttifaqın Mətbuat Xidmətindən Sonxeber.net-a bildirilib ki, qrumun İdarə heyətinin qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişiklik edilib və vaxtı uzadılıb.
"İndiyə qədər yaşı 18-30 olan şəxslər müsabiqəyə ssenari təqdim edə bilərdisə, indi yaş məhdudiyyəti yoxdur, hər kəs ssenari təqdim edə bilər. Müsabiqənin vaxtı isə 20 oktyabra qədər uzadılır. Nəticələr isə 8 Noyabr Zəfər Günü ərəfəsində elan olunacaq.
Digər şərtlər isə olduğu kimi qalır.
- Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.
- Müsabiqəyə bədii, qıssametrajlı film ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift "Courier New", ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.
- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
Ssenarilər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).
Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.
1-ci yer - 2500 manat
2-ci yer - 1800 manat
3-cü yer - 1000 manat
Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.
Əlaqə üçün telefon nömrələri: (012) 493-64-76, (012) 493-64-78.