Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb (FOTO)

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb (FOTO)

Tarix: 21 Sentyabr 2019 15:09

Bakı. Trend:

Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" gömrük postunda Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində yarana biləcək növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin intensiv qaydada buraxılışının təşkili, Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycan və Rusiya arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb (FOTO) Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb (FOTO) Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb (FOTO) Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb (FOTO)


Etiketlər:  Azərbaycan Rusiya gömrük orqanları arasında protokol imzalanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ