Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələcəyi görən robot düzəldib düyməni basdılar - Nəticə heyrətə gətirir

Gələcəyi görən robot düzəldib düyməni basdılar - Nəticə heyrətə gətirir

Tarix: 5 Iyul 2022 22:44

ABŞ-ın Çikaqo Universitetinin tədqiqatçıları gələcək cinayətləri və müəyyən hadisələri proqnozlaşdıra bilən robot hazırlayıblar. Düyməni basdıqdan sonra fəaliyyəti uğurlu olan robot hər kəsi heyran edib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, robotun fəaliyyətinin 90 faizi uğurlu olub.

Müsbət nəticələr hər kəsi təəccübləndirib. Yeni texnologiya ABŞ-ın 8 böyük şəhərində, o cümlədən Çikaqo, Los-Anceles və Filadelfiyada nümayiş etdirilib.

"Şəhər mühitlərinin rəqəmsal əkizini yaratdıq. Onu keçmişdən məlumatlarla qidalandırsanız, gələcəkdə nə olacağını sizə xəbər verəcək. Bu, sehrli deyil, məhdudiyyətlər var, lakin bunu təsdiqləmişik və həqiqətən işləyir", - Çikaqo universitetinin professoru İşanu Çattopadxay deyib.

Oxşar süni intellektə əsaslanan texnologiya cinayətin statistik olaraq daha çox baş verdiyi Yaponiyanın bəzi bölgələrində vətəndaşları marşrutları barədə məlumatlandırmaq üçün artıq istifadə olunur.

Yeni texnologiyanın müxtəlif variasiyaları mübahisələrə səbəb olub. 2012-ci ildə Çikaqo Polis Departamenti qərəzli məlumatların istifadəsi səbəbindən bunun qüsurlu olduğunu iddia edib.


Etiketlər:  Gələcəyi görən robot düzəldib düyməni basdılar Nəticə heyrətə gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ