Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 08:10
Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib.
Hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, "Vaz 2106" və "Vaz 2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər həlak olub.
Bunlar 1986-cı il təvəllüdlü Məmmədov Aydın Əlif oğlu, 1957-ci il təvəllüdlü Səlimov Nadim Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızıdır. Qəza nəticəsində həlak olan hər iki kişi avtomobillərin sürücüləri olub.