Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 18:24
Almaniyanın üçüncü Bundesliqasında 9-cu turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" bu turda səfərdə "Hallaşer"lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
Rüfət start heyətdə meydana daxil olub və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Proyssen" hazırda 9 xalla 15-ci pillədə qərarlaşıb.