Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 20:30
İsti yay günlərində, xüsusilə gecələri insanlara çətin anlar yaşadan ağcaqanadlardan hazırlayacağınız qarışıq ilə xilas ola bilərsiniz.
Təbii vəsaitlərlə hazırlayacağınız yağ qarışığı, zəhərli kimyəvi maddələrlə nisbətdə daha sağlam bir həll olacaq.
Hazırlanması olduqca asan olan qarışıq üçün sadə vəsaitlər istifadə edəcəksiniz:
* Boş bir şüşə
* Bir stəkan qədər saf ya da qaynadılmış su
* 1 çay qaşığı karbonat
* Üzvi bitki mənşəli yağlar: qərənfil yağı, çay ağacı yağı, evkalipt yağı, lavanda yağı ya da nanə yağı.
Qaynayan suyunuzun içinə karbonatı əlavə edin. Yağlardan 40-50 damla qədər suya damladın. İstədiyiniz qoxunu daha çox qoya bilərsiniz. Qəti bir ölçü olmadığı üçün bu nisbəti siz də təyin edə bilərsiniz.
Asan qarışıqdan sonra şüşəni yaxşıca çalxalayın. Hazır hala gələn qarışığı artıq göz və ağız ətrafına diqqət edərək istifadə edə bilərsiniz.