Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 20:38
Rusiyada Çelyabinsk yaxınlığındakı yaşayış kompleksində velosipeddən yıxılan doqquz yaşlı uşaq təcili yardımın gec gəldiyi üçün dünyasını dəyişib.
Sonxeber.net bildirir ki, 74.ru portalının məlumatına görə, həkimlər oraya 40 dəqiqəyə çatıblar.
Saytın məlumatına görə, şagird velosipeddə uğursuz şəkildə təpədən aşağı enib və yıxılıb. Yerdə uzanan oğlanı digər uşaqlar görüb və böyükləri çağırmağa başlayıb. Hadisə yerinə gələn böyüklər dərhal təcili yardım çağırdılar.
103 və 112 nömrəli xidmətlər zəngləri qəbul etməkdən imtina ediblər, Kremenkuldakı təcili yardım stansiyasında cəmi iki avtomobilinin olduğunu bildiriblər. Nəticədə ilk çağırış anından həkimlərin gəlişinə qədər xeyli vaxt keçib.
Xəsarət alan uşaqda qıcolmalar başlayıb, çətinliklə nəfəs alıb, huşunu itirib.
Daha sonra yaşayış kompleksinin ərazisində yerləşən "Polymedica" poliklinikasının ginekoloqu və terapevti hadisə yerinə gəlib. Onlar uşağa su verib naşatırla huşunu qaytarıblar, lakin uşağı xilas edə bilməyiblər. Regional Səhiyyə Nazirliyi hadisəni araşdıracaq.
İrfan Vəliyev