Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinada rekord inflyasiya gözlənilir

Argentinada rekord inflyasiya gözlənilir

Tarix: 9 Iyul 2022 08:32

Argentinada 2022-ci ildə inflyasiya son əsrin ən yüksək göstəricisinə - 76%-ə çatacaq. Bu da Venesueladan sonra regionda ən yüksək göstəricidir.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Argentina Mərkəzi Bankının ekspertlər arasında keçirdiyi sorğunun nəticələri göstərir.

"Bazar analitikləri cari il üçün inflyasiyanı 76% səviyyəsində proqnozlaşdırırlar", - Mərkəzi Bankın hesabatında deyilir.

Xatırladaq ki, 2021-ci ildə Argentinada inflyasiya 50,9%-ə çatıb. Bu da Latın Amerikası ölkələri arasında ən yüksək göstəricilərdən biridir.


Etiketlər:  Argentinada rekord inflyasiya gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ