Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 13:38
"Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ"la ağır döyüş, gərgin səfər oyunu gözləyir".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Lex"in baş məşqçisi Con van den Brom Bakıa "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.
Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: "Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.