Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2019 12:00
“Meydanda sadəcə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. Komandamızda istək, əzmkarlıq var. Daha da artırmaq istəyirik ki, növbəti oyunlarda da qələbə qazana bilək. Təəssüf ki, “Səbail”lə oyunda 3 xalı əldən verdik”.
Qol.az xəbər verir ki, bu sözləri Premyer Liqanın V turunun "Səbail"lə səfər oyunundan (1:1) sonra "Qəbələ"nin futbolçusu Rövlan Muradov deyib. Komandasının yeganə qolunun müəllifi olan R.Muradov bildirib ki, qələbəni əldən vermələrinə son məqamda bir az diqqətsizlik etmələri səbəb olb: “Buna görə qapımızda top gördük və 1 xalla kifayətlənməli olduq”.
O deyib ki, hazırda baş məşqçi vəzifəsini icra edən Elmar Baxşıyev onlardan yalnız ötürmələrlə oynamağı istəyir: “Ən sevdiyi oyun üslubu budur ki, çox ötürmə verib, qollar vuraq”.
R.Muradov deyib ki, əvvəlki baş məşqçi Sənan Qurbanovla Elmar Baxşıyevin taktikasında müəyyən dəyişikliklər var. O inandığını bildirib ki, “Qəbələ” bundan sonra yaxşı nəticələr göstərəcək.