Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 16:54
Böləglərdə torpaq sahələri ucuzlaşsa da, alıcılıq qabiliyyəti zəifdir. Rieltorlar deyirlər ki, əvvəlki illərlə müqayisədə qiymətlər enib, amma müştərilərin sayı azalıb. İndi sizə Lənkəran, Zaqatala, Qax və Şəki rayonlarında torpaq bazarındakı son vəziyyəti təqdim edirik.
Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, Lənkəranda torpaq sahələrinin alqı-satqısında durğunluq yaşanır.
Qiymətlərdə enmə olsa da,alıcılıq qabiliyyəti aşağıdır.
Rieltorların sözlərinə görə qiymətlər torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.
Zaqatalada da bənzər vəziyyət hökm sürür. Rieltorlar alıcılıq qabiliyyətinin aşağı olmasını quru sərhədlərinin bağlı olması ilə əlaqələndirirlər.
Qaxdakı durum da fərqli deyil. Torpaq sahələrinin alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, ötən illə müqayisədə qiymətlər 1000-2000 manat civarında enib.
Şəkidə isə torpaq sahələrinin qiyməti yüksəlib. Belə ki, şəhər ərazisində 1 sot torpağın qiyməti 7-10 min manat arasında dəyişir.
Reiltorlar yaxın zamanlarda torpaq sahələrinin alqı-satqısında ciddi dəyişikliklərin olacağını proqnozlaşdırmırlar.