Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 21:52
Avropa İttifaqının əhalisi 2 il ardıcıl olaraq azalıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Avropa Statistika Qurumu "Eurostat" məlumat yayıb.
Bildirilir ki, 1 yanvar 2021-ci ildə 27 ölkənin əhalisinin sayı 447 milyonu ötüb. 2022-ci ilin yanvarın 1-də isə 446 milyon 800 min nəfər olub. İllik azalma 200 min nəfər təşkil edib.
Qurum əhalinin azalmasını koronavirus pandemiyasından doğan kütləvi ölümlərlə izah edir.
Hesabat dövründə doğuş göstəricisi sabit qalıb.