Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 10:38
Apple 2025-ci ildə avtonom idarə olunan avtomobilini təqdim etməyi hədəfləyir. Məlumata görə, ABŞ şirkəti uzun müddətdir ki, pilotsuz avtomobilin prototipini sınaqdan keçirir və bir neçə dəfə məyusedici nəticələrlə üzləşib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hazırda şirkət sükansız və pedallarsız avtomobil istehsalı üçün icazə almağa çalışır. Avtomobilin salonundakı oturacaqlar üz-üzə yerləşdiriləcək. Səyahət zamanı sərnişinlər bir-birilə rahat söhbət edə biləcəklər.