Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 12:08
ABŞ-ın Şimali Karolina ştatının Berlington şəhər sakini intuisiya sayəsində lotereya bileti alıb və cekpot udub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 46 yaşlı Entoni Pinniks şəhər mağazalarından birində ani lotereya bileti alıb. O iddia edir ki, onu bu addımı atmağa "altıncı hissi" vadar edib.
"Məndə bu bileti almalı olduğuma dair güclü bir hiss var idi", - deyə o bildirib. Pinniks uduşunu tam şəkildə əldə etməyi seçib və 20 il ərzində hər il 50 min dollar (toplam 1 milyon dollar) almaq əvəzinə bir dəfəyə 426 min dollar alıb.
O, həyat yoldaşına yeni maşın almağı və pulun qalan hissəsini işə yatırmağı planlaşdırır.