Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 23:08
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi Muğla vilayətinin Datça bölgəsində baş verən yanğınla bağlı açıqlama verib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, nazir açıqlamasında Aydın, Dənizli və Manisadan gücləndirmə qruplarının Datçaya göndərildiyini bildirib.
"Gecəgörmə qabiliyyətinə malik helikopterləri Datçada istifadə edəcəyik",- deyə nazir qeyd edib.
Ehtiyat tədbiri olaraq bəzi evlər boşaldılıb.
Bölgədə əsən güclü küləyin komandaların işini çətinləşdirdiyi deyilir.