Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Ərdoğana zəng edib

İlham Əliyev Ərdoğana zəng edib

Tarix: 15 Iyul 2022 19:33

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycan xalqının qardaş Türk xalqına dəstəyini bir daha ifadə edib, dövlət çevrilişinə cəhdin dəf olunmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın rolunu və liderliyini xüsusi vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Söhbət zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdiyi bir daha qeyd olunaraq, qarşılıqlı dəstək və həmrəylik ifadə edilib, gələcək təmaslar haqqında danışılıb.


Etiketlər:  İlham Əliyev Ərdoğana zəng edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ