“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Düdelanj” Lüksemburq kubokunda yeni mövsümün ilk oyununa çıxıb.
Qol.az xəbər verir ki, komanda 1/32 final mərhələsində aşağı liqa təmsilçisi “Eşternax”la qarşılaşıb. Rəqibinə 6:1 hesabı ilə qalib gələn "Düdelanj" 1/8 finala yüksəlib.
Qeyd edək ki, "Düdelanj" Avroliqada növbəti oyununu oktyabrın 3-də evdə "Qarabağ"a qarşı keçirəcək.