Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 11:28
Bakı. Samir Əli - Trend:
Müdafiə Nazirliyi Azərbaycan tərəfindən cəbhə xəttində təxribat törətməsi barədə erməni KİV-lərində yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin