Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tünzalə Ağayeva: “Onunla bir qışda, bir də ki, yayda görüşürəm”

Tünzalə Ağayeva: “Onunla bir qışda, bir də ki, yayda görüşürəm”

Tarix: 17 Iyul 2022 15:30

ATV-də yayımlanan "Zaurla Günaydın" səhər şousunun mövsümün son buraxılışında Xalq artisti Tünzalə Ağayeva qonaq olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ağayeva verilişində 23 qızı Fidandan söz açıb.

Sənətçi bu il "Bahçeşehir" universitetinin qrafik-dizayner fakültəsinin məzunu olan qızını ildə iki dəfə gördüyünü qeyd edib:

"Qızım Fidan təhsili ilə bağlı Türkiyədə yaşayır və təcrübəsini də orada davam etdirmək istəyir. Onunla bir qışda, bir də ki, yayda görüşürəm. 20 gündən sonra qızımla Bodrumda görüşəcəyəm. Gələn ay Bodruma tətilə yollanacağam".

Milli.Az


Etiketlər:  Tünzalə Ağayeva Onunla bir qışda bir ki yayda görüşürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ