Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almağa gəldiyi evi ildırım vurdu

Almağa gəldiyi evi ildırım vurdu

Tarix: 18 Iyul 2022 20:24

Kris adlı qadın Tiktoker satılan evə baxıb sevgilisi üçün onu lentə alarkən məkanı ildırım vurub.

Sonxeber.net bildirir ki, bloggerin TikTok-da yaşadıqlarından bəhs etdiyi videoları The Sun-un diqqətini çəkib.

Krisin dediyinə görə, o, ev almaq istəyib, lakin hadisədən sonra fikrini dəyişib. 5,3 milyon baxış toplayan hadisə ilə bağlı videoların birində o, göstərib ki, boş evə gəldikdə, yüksək səs və parlaq bir parıltı yaranır. "Evi ildırım vurdu - bu, Allahdan bir əlamətdir?", - kadr arxasında səs deyir.

Başqa bir videoda Kris bildirib ki, ildırım avtomobil dayanacağına və evin qapısına dəyib - ildırım qapını yandırıb, mətbəxdə işığı söndürüb. Dayanacaqda sement örtüyü zədələnib, sement tozu qızın avtomobilini bürüyüb. Kris özü sağ qaldı, lakin o, sevgilisinin evə baxış keçirməyə davam etmək təklifini rədd etdi.

İrfan Vəliyev


Etiketlər:  Almağa gəldiyi ildırım vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ