Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 19:38
Rusiyada Omskda 42 yaşlı qadın böyrəklərində problem olduğu üçün xəstəxanaya yerləşdirilib və uşaq dünyaya gətirib.
Sonxeber.net bildirir ki, bu barədə NGS55.RU portalı məlumat yayıb.
Rusiyalı qadın bel və qarın nahiyəsində ağrı şikayətləri ilə 1 saylı təcili xəstəxananın təcili yardım şöbəsinin həkimlərinə müraciət edib. Həkimlər ona ilkin böyrək kolikası diaqnozu qoyublar.
Qəfildən xəstəxananın təcili yardım şöbəsində 42 yaşlı Omsk sakininin sancıları başlayıb. Uroloq İlya Aristarxov qeyd edib ki, xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
"O, artıq doğurdu, ona görə də doğum evinə aparmaqdan söhbət gedə bilməzdi. Növbətçi qrup klinikamızda doğuşu qəbul edib".
Qadın həkimlərə uşağın doğulması onun üçün tam sürpriz olduğunu etiraf edib. Qadının böyük qarnı yox idi, o, qadın konsultasiyasına getmirdi.
Doğulan körpə Omsk sakininin ailəsində üçüncü uşaq olub.
İrfan Vəliyev