Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sahibə Qafarova Baykar şirkətində - FOTO

Sahibə Qafarova Baykar şirkətində - FOTO

Tarix: 21 Iyul 2022 22:00

"Nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop, Azərbaycan Milli Məclisinin Sədri xanım Sahibe Qafarova və Pakistan Milli Məclisinin sədri cənab Raza Pərviz Eşref ilə birlikdə Baykar şirkətinə səfərə gəlib".

Bu barədə "Baykar Texnelogiya" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyə, Azərbaycan və Pakistan "Üçlü Assambleyası Başçılarının İkinci Toplantısı" üçün İstanbulda bir araya gələn sədrlər daha sonra Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət ediblər. Səfər çərçivəsində Assambleyanın Sədrləri BAYKAR tərəfindən milli və xüsusi olaraq hazırlanmış S/PUA-lar haqqında məlumat almış və araşdırmalar aparmışlar. Ziyarətin xatirəsinə hörmətli Məclis sədrlərinə Bayraktar AKINCI TİHA modeli təqdim olunub.

Milli.Az


Etiketlər:  Sahibə Qafarova Baykar şirkətində FOTO


RƏYLƏR