Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2022 09:46
İyulun 20-i yerli vaxtla gecə saat 22:30 radələrində Tehranın Qüds şəhərciyində yerləşən İran İnqilab keşikçiləri Korpusunun qərargahına hücum edildiyi və orada bir neçə partlayışın baş verdiyi bildirilir.
Sonxeber.net bildirir ki, bu, son iki ayda SEPAH-ın Tehranda yerləşən qərargahlarına edilən sayca dördüncü hücumdur.
Hadisə ilə bağlı İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatı məlumat yaysa da, hücumun məsuliyyətini birbaşa öz üzərinə götürməyib və bunun "üsyan mərkəzləri"nin əməliyyatı olduğunu bildirib.