Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevda ev alqı-satqısı ilə məşğul olduğunu açıqladı

Sevda ev alqı-satqısı ilə məşğul olduğunu açıqladı

Tarix: 22 Iyul 2022 14:55

"2003-cü ildən 2012-ci illə qədər yeni tikili binalardan ev alırdım, təmir etdirirdim və içinə mebellərdə alıb satırdım. Bu bizneslə məşğul olurdum".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "Həmin Zaur" proqramında deyib. İfaçı uzun illər ev alqı-satqısı ilə məşğul oldunu etiraf edib:

"Eyni zamanda da müğənnilik edirdim. Gördüm ki, bu iş mənlik deyil. İnsan gərək bir işlə məşğul olsun. Ev alıb, təmir edib, satırdım, amma maddi xeyrini görmürdüm. Təzədən yeni ev alırdım ki, nəsə xeyir görüm, amma əksinə olurdu. Təmiri çox yaxşı edirdim. Onu satmaq üçün deyil, özümünki kimi edirdim. Pul qalmırdı".

Qeyd edək ki, Sevda hazırda şirniyyat bişirim satmaqla da məşğudur.

Milli.Az


Etiketlər:  Sevda alqı satqısı ilə məşğul olduğunu açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ