Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ən yaxşı futbolçusu açıqlandı

İlin ən yaxşı futbolçusu açıqlandı

Tarix: 24 Sentyabr 2019 00:16

FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadə xəbər verir ki, bu, “Barselona”nın kapitanı Lionel Messidir.

Argentinalı hücumçu “Yuventus”un futbolçusu Kriştiano Ronaldo və “Liverpul”un müdafiəçisi Vircil Van Deyklə mübarizədən qalib ayrılıb. 32 yaşlı futbolçu altıncı dəfədir bu mükafata layiq görülür.

İlin ən yaxşı məşqçisi  “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib. O, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı arxada qoyub.

İlin ən yaxşı qapışısı isə “Liverpul”dan Alisson Bekker ollub. Braziliyalı qolkiper digər namizədlər Ederson (Braziliya, “Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, “Barselona”) qabaqlayıb.


 

 


Etiketlər:  İlin yaxşı futbolçusu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ